azia.az
azia.az

Tanınmış Qarabağ müharibəsi döyüşçüsü vəfat etdi

16-08-2022, 09:26


Birinci Qarabağ müharibəsinin tanınmış döyükçüsü, ehtiyatda olan polis polkovnik-leytenantı Asif Məmmədov vəfat edib.
Tanınmış Qarabağ müharibəsi döyüşçüsü vəfat etdi
Asiya.az xəbər verir ki, Məmmədov Asif Məmməd oğlu 10.12.1954-cü il tarixdə Füzuli rayonunun Kürdmahmudlu kəndində ziyalı ailəsində anadan olub.

1-ci Qarabağ müharibəsi zamanı Füzuli rayon Polis şöbəsinin PPXB-nün komandiri, İctimai Təhlükəsizlik Bölməsinin rəisi, 1995-ci ildən isə şəxsi heyət üzrə rəis müavini vəzifəsində xidmət etmişdir.

1-ci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Horadiz şəhərinin və 23 kəndin işğaldan azad olunmasında qəhrəmanlıqla şücaət göstərmişdir.

Milli Qəhrəmanlar - Pəhlivan Fərzəliyevin və Nazim Quliyevin komandiri olmuşdur.

1-ci Qarabağ müharibəsi zamanı torpaqlar işğalda olduğu üçün Milli Qəhrəman adından imtina etmişdir.
Qarabağ müharibəsi veteranı idi.
Allah rəhmət etsin!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi