azia.az
azia.az

Günəş ləkələrindən bununla qurtulun

16-08-2022, 08:49


Kətan toxumu zəngin tərkibi ilə orqanizm üçün çox faydalıdır.
Günəş ləkələrindən bununla qurtulun
Azia.az axşam.az-a istinadən bildirir ki, bu bitkidən hazırlanan maska dəridəki bir çox problemi həll etməyə imkan verir.

Maska üçün 1 x.q kətan toxumu və 1 st su götürülür. Toxumlar suda qaynadılır və otaq temperaturunda soyudulur. Geləbənzər bu məhlulla gün ərzində bir neçə dəfə üzünüzü silə bilərsiniz.

Qeyd edək ki, bu maska çillərin aradan qaldırılmasına kömək edir, dəridəki qırışları hamarlaşdırır, qocalmış dərini təravətləndirir.

Günəş işığının təsirindən yaranan ləkələrdən qurtulmaq üçün isə bu maskadan istifadə edə bilərsiniz:

1 x.q üyüdülmüş kətan toxumu, 1 x.q bal, 1 x.q süd, 1 damla çobanyastığı yağını qarışdırın və təmizlənmiş üzünüzə çəkin, 30 dəqiqə sonra ilıq su ilə yuyun. Maskanı həftədə 2 dəfə istifadə etsəniz, çilləriniz tədricən azalmağa başlayacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi