azia.az
azia.az

Bahalı balıq yağını bu 2 ərzaqla əvəz edin

5-04-2022, 07:26

Omeqa 3 yağ turşusu daha çox dəniz, okean balıqlarında olur. Bu turşu ürək, damar, gözlər, beyin üçün vacibdir.
Xəbər verilir ki, əgər balıq və dəniz məhsulu yoxdursa, o zaman Omeqa 3-ü 2 sadə və ucuz qidadan əldə etmək olar.
Bahalı balıq yağını bu 2 ərzaqla əvəz edin
Bu nəticəyə Pensilvaniya və Barselona universitetinin alimləri gəlib.

Onlar bildirir ki, qoz, kətan toxumu, çia toxumu, günəbaxan alfa-lipoen turşusu ilə zəngindir ki, bu da Omeqa 3- sinfinə aiddir.

Bu maddələr orqanizmdə öz-özünə sintez olunmur, yalnız qida ilə alınmalıdır.

Alimlər elmi tədqiqatda sübut ediblər ki, alfa-linolen turşusu ilə zəngin toxumlar ürək, beyin xəstəliklərindən ölüm riskini 20% azaldır.

Eləcə də bu qidalar iltihab əleyhinə təsir edir, pis xolesterini azaldlr, arterial təzyiqi normallaşdırır, metobolik sindromun qarşısını alır, diabet və beyin pozulmalarına yaxşı təsir edir.

Ona görə də heç balıq yeməyənlər heç olmasa qoz, kətan və çia toxumunu sutkada bir dəfə qəbul etsinlər.

Sutkalıq norması 14 qram qoz ya da bir çay qaşığı kətan toxumu və ya yağıdır.

bakupost.az/


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi