azia.az
azia.az

İrəvanda partlayışda Rusiya və İran vətəndaşları da olmaqla 23 nəfər itkin düşüb

16-08-2022, 08:19

İrəvanda partlayışda Rusiya və İran vətəndaşları da olmaqla 23 nəfər itkin düşüb
Ermənistanın Daxili İşlər Nazirliyi dünən İrəvanda "Surmalu” ticarət mərkəzində baş verən partlayışda 23 nəfərin itkin düşdüyünü bildirib.

Azia.az "Report"a istinadən xəbər verir ki, onların arasında Rusiyanın 1, İranın 6 vətəndaşı var.

Fövqəladə Hallar Nazirliyi isə ticarət mərkəzində partlayış nəticəsində itkin düşənlərin adlarını açıqlayıb. Məlumata görə, ermənilərlə yanaşı, partlayışda Lyuba Qribova (1959-cu il təvəllüd, Rusiya vətəndaşı), İran vətəndaşları Məryəm Fathi, Vanya Fathi (2016-cı il təvəllüd), Edris Fathi, (2002-ci il), Kiomars Fathi (1972-ci il), Monira Naderi, Mehri Tahuri itkin düşüblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi