azia.az
azia.az

Xəzərdə yanan Rusiya tankerinin söndürülməsi davam edir: baş mexanik itkin düşüb

23-04-2016, 15:50

Xəzərdə yanan Rusiya tankerinin söndürülməsi davam edir: baş mexanik itkin düşüb Fövqəladə Hallar Nazirliyi, Dövlət Dəniz Adminstrasiyası və “Azərbaycan Dövlət Dəniz Gəmiçiliyi” Xəzər dənizində tankerdə baş vermiş yanğınla bağlı birgə rəsmi məlumat yayıb.

Lent.az FHN-in saytına istinadən rəsmi məlumatı təqdim edir:

“23 aprel 2016-cı il tarixində saat 09:35-də Rusiya Federasiyası bayrağı altında üzən və Azərbaycanın Dübəndi limanından Türkmənistanın Alaca limanı istiqamətində yüksüz hərəkətdə olan “PALFLOT-2“ tankerində sahildən təqribən 110 km məsafədə yanğın hadisəsinin baş verməsi barədə Dövlət Dəniz Adminstrasiyasının Milli Mərkəzinə “SOS” siqnalı daxil olub. Təlimata uyğun olaraq, dərhal Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin müvafiq qüvvələri qəzanın nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb olunub. Hazırda Fövqəladə Hallar Nazirliyinin “Mİ-17-1V“ və “KA-32“ helikopterləri və “Vixr-5“ gəmisi,Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Caspian Voyager”, “Caspian Protechtor”, “İslay” və “Jura” gəmiləri yanğının söndürülməsi əməliyyatını həyata keçirir.

Tankerin 11 nəfər heyət üzvündən 10 nəfər xilas olub, 1 nəfər - baş mexanik Kramcuk Andrey Vladimirovic itkin düşüb”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi