azia.az
azia.az

Həbsxanada ölən 5 məhkum barədə RƏSMİ AÇIQLAMA

12-08-2022, 09:16

Həbsxanada ölən  5 məhkum barədə  RƏSMİ AÇIQLAMA
Bakıda 5 məhbus həbsdə ölüb.

Bildirilir ki, hadisə son günlər Pentensiar Xidmətin Bakıdakı müalicə müəssisəsində qeydə alınıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə müxtəlif müddətlərə azadlıqdan məhrum edilmişlər - Arif Şəmilov, Bəhram Cəfərov, Sabbas Ağacanov, Gülağa İmamverdiyev və Aydın Qulamov dünyasını dəyişiblər.

Onların xəstəlikdən öldüyü bildirilir.

Bakıda məhkumların ölüm səbəbi məlum olub.

Penitensiar Xidmətdən bildirilib ki, ayrı-ayrı vaxtlarda dünyasını dəyişən məhkumlar xərçəng və ürək-damar çatışmazlığından əziyyət çəkiblər.

Məhkumlar uzun müddət xəstəliklə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alıb. Ancaq aparılan tibbi yardımlara baxmayaraq adı çəkilən məhkumların həyatını xilas etmək mümkün olmayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi