azia.az
azia.az

Elm Tarixi İnstitutunda Rusiyalı İnstitut direktorunun iştirakı ilə dəyirmi masa keçirilib

29-07-2022, 16:58



Elm Tarixi İnstitutunda Rusiyalı İnstitut direktorunun iştirakı ilə dəyirmi masa keçirilib

Aərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda 27 iyul 2022-ci il tarixində Rusiya Elmlər Akademiyasının (REA) Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru, sosiologiya üzrə elmlər doktoru Nadejda Aşeulovanın iştirakı ilə dəyirmi masa keçirilib.

Tədbirdə Elm Tarixi İnstitutunun Baş direktoru, tarix üzrə elmlər doktoru, professor Məryəm Seyidbəyli rusiyalı qonağa İnstitutun yenilənən fəaliyyəti, qarşıya qoyduğu vəzifələri və nəzərdə tutulmuş fəaliyyət proqramı haqqında ətraflı məlumat verib.
Elm Tarixi İnstitutunda Rusiyalı İnstitut direktorunun iştirakı ilə dəyirmi masa keçirilib
Rusiya-Azərbaycan münasibətlərinin tarixi, ikitərəfli münasibətlərin inkişaf təmayülləri, ölkəmizin regional strateji rolu və həyata keçirilən proqramlardan da bəhs olunan dəyirmi masada, həmçinin iki elmi müəssisə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub, təcrübə mübadiləsi, birgə layihələrin təşkili yönündə təkliflər müzakirə edilib.

Elm Tarixi İnstitutu ilə birgə layihələrin icrasında və elmi araşdırmaların aparılmasında maraqlı olduqlarını vurğulayan Nadejda Aşeulova rəhbərlik etdiyi İnstitutun beynəlxalq əməkdaşlıq, beynəlxalq konfranslarda iştirak, nəşrlər, qrantlar, aspirantlar, təlim, arxiv işi, elmi-tədqiqat və digər fəaliyyətlərinin veb-saytda məcmu şəkildə necə əks edilməsi və sistemləşdirilməsi barədə məlumatları bölüşüb.

Elm Tarixi İnstitutunun əməkdaşları ilə dialoq formatında aparılan müzakirə təcrübi məlumat və mübadilə baxımdan müsbət təəssürat yaradaraq yeni yanaşmalar və konkret təkliflər doğurub.

Müzakirənin sonunda iki elmi müəssisə arasında elm tarixinin müxtəlif istiqamətləri üzrə və qarşılıqlı maraq kəsb edən digər sahələr üzrə birgə tədqiqatların aparılması, layihə və proqramların həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, AMEA Elm Tarixi İnstitutu ilə REA Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun və onun Sankt-Peterburq filialının əlaqələri 2014-cü ildən ETİ-nin təsis edilməsi ilə başlayıb və 2016-cı ildən bağlanmış və yenilənən beynəlxalq müqavilərlə bu əməkdaşlıq daha da inkişag etdirilib.



ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi