azia.az
azia.az

Elm Tarixi İnstitutu və Rusiyanın Tümen Dövlət Universiteti arasında müqavilə imzalanıb

29-06-2022, 12:33



Rusiyanın Tümen Dövlət Universitetinin Ətraf Mühit və Sosial Tədqiqatlar Məktəbinin direktoru, tarix üzrə fəlsəfə doktoru Aleksandr Sorokin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi Institutunun (ETI) qonağı olub.
Elm Tarixi İnstitutu və Rusiyanın Tümen Dövlət Universiteti arasında müqavilə imzalanıb
Görüşdə Tümen Dövlət Universitetin profili, fəaliyyəti, tədqiqat istiqamətləri, görülmüş işlər haqda danışan Aleksandr Sorokin, eyni zamanda təmsil etdiyi elmi müəssisənin Elm Tarixi İnstitutu ilə əməkdaşlıq badərə istəklərini də ifadə edib.

Elm Tarixi İnstitutunun Baş direktoru, tarix üzrə elmlər doktoru, professor Məryəm Seyidbəyli ətraflı məlumata və işgüzar təklifə görə A.Sorokinə təşəkkürünü bildirib və öz növbəsində ETİ-nin fəaliyyət istiqamətləri, elmi tədqiqatları, beynəlxalq əlaqələri və bu səpkidə gerçəkləşdirdiyi layihələr barədə qonağa ətraflı məlumat verib. Elm Tarixi İnstitutunun beynəlxalq əlaqələr istiqamətində uğurlu təcrübəyə malik olduğunu bildirən M.Seyidbəyli elmi müəssisələr arasında arzuolunan əməkdaşlığın ölkələrarası elmi-mədəni əlaqələrin inkişafına xüsusi töhfələr verə biləcəyini qeyd edib.

Görüşün yekununda Elm Tarixi İnstitutu və Tümen Dövlət Universiteti arasında 2022-2027-ci illəri əhatə edən əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Müqavilə çərçivəsində iki elmi müəssisə arasında tarix, antropologiya, texnologiya sosiologiya, ekologiya, humanitar və digər qarşılıqlı maraq kəsb edən sahələr üzrə birgə tədqiqatların aparılması, təcrübə mübadiləsi, layihə və proqramların həyata keçirilməsi nəzərdə tutulur. Sənəddə, həmçinin tərəflər arasında elmi-praktik tədbirlərin, konfransların, seminarların, dəyirmi masaların təşkili və keçirilməsi məsələləri də əks olunub.


ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
[email protected],


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi