azia.az
azia.az

Elm Tarixi İnstitutu və Qazaxıstanın Şərqşünaslıq İnstitutu arasında memorandum imzalanıb

14-05-2022, 07:19



Elm Tarixi İnstitutu və Qazaxıstanın Şərqşünaslıq İnstitutu arasında memorandum imzalanıb
Elm Tarixi İnstitutu və Qazaxıstanın Şərqşünaslıq İnstitutu arasında memorandum imzalanıb


Qazaxıstan Respublikasının R.B.Süleymanov adına Şərqşünaslıq İnstitutunun Elmi işlər üzrə direktor müavini, iqtisadiyyat elmləri doktoru, dosent Duysen Qalımjan, Baş elmi işçi, iqtisadiyyat elmləri doktoru Dina Aytjanova və kiçik elmi işçi Bayan Yerqarinanın daxil olduğu nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda (ETİ) olub.

Görüşdə Qazaxıstanlı qonaqlar ETİ direktoruna təmsil etdikləri elmi müəssisənin rəhbərliyi adından əməkdaşlıq barədə müraciəti çatdırıblar.
Elm Tarixi İnstitutu və Qazaxıstanın Şərqşünaslıq İnstitutu arasında memorandum imzalanıb
Elm Tarixi İnstitutunun Baş direktoru, tarix üzrə elmlər doktoru, professor Məryəm Seyidbəyli işgüzar təklifə görə R.B.Süleymanov adına Şərqşünaslıq İnstitutunun rəhbərliyinə və nümayəndə heyətinə təşəkkürünü bildirib. Elm Tarixi İnstitutunun beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyini və bu istiqamətdə uğurlu təcrübəyə malik olduğunu bildirən M.Seyidbəyli elmi müəssisələr arasında arzuolunan əməkdaşlığın ölkələrarası elmi-mədəni əlaqələrin dinamikasına və gələcək inkişafına xüsusi töhfələr verə biləcəyini vurğulayaraq məmnunluğunu ifadə edib. İnstitut rəhbəri ETİ-nin fəaliyyət istiqamətləri və elmi tədqiqatları, beynəlxalq əlaqələri və bu səpkidə gerçəkləşdirdiyi layihələr barədə qonaqlara ətraflı məlumat verib.

Sonra Qazaxıstan Şərqşünaslıq İnstitutunun Elmi işlər üzrə direktor müavini, dosent Duysen Qalımjan təmsil etdiyi İnstitut haqqında danışıb. Qeyd olunub ki, 50 işçinin, o cümlədən 12 elmlər doktoru və 25 elmlər namizədinin çalışdığı elmi müəssisədə 300-dən çox monoqrafiya nəşr olunub.

İnstitutun Baş elmi işçisi Dina Aytjanova isə imzalanacaq memorandumun əhəmiyyətini vurğulayaraq bu əməkdaşlığın hər iki ölkə elminə töhfə verəcəyini bildirib.

Görüşün yekununda Elm Tarixi İnstitutu və Qazaxıstan R.B.Süleymanov adına Şərqşünaslıq İnstitutu arasında 2022-2027-ci illəri əhatə edən əməkdaşlıq haqqında memorandum imzalanıb.
ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi