azia.az
azia.az

Toy zamanı gəlin güllələndi-Foto

19-07-2022, 08:28


İranda gəlin toy zamanı təsadüfən güllələnib.
Toy zamanı gəlin güllələndi-Foto
Faciə bəyin əmisi oğlunun toyun şərəfinə odlu silahdan atəş açması nəticəsində baş verib.

Güllə gəlinin başından dəyib və daha iki nəfəri yaralayıb.

Hadisə yerinə gələn polisin sözlərinə görə, atəş açan şəxs silahla necə davranacağını bilməyib, üstəlik, onun silahdan istifadə etmək üçün lisenziyası olmayıb.

Atıcı cinayət yerindən qaçıb, lakin polis onu yaxalaya bilib.

Ölən gəlinin ailəsi bildirib ki, onun ölümündən sonra qadının orqanları ehtiyacı olan üç nəfərə verilib. Xanımın sağlığında sosial işçi kimi çalışaraq narkomanlara bu aludəçilikdən qurtulmağa köməklik etdiyi məlum olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi