azia.az
azia.az

Azərbaycan vətəndaşı qətlə yetirildi - Rusiyada

30-04-2017, 11:17

Azərbaycan vətəndaşı qətlə yetirildi - Rusiyada

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı odlu silahdan açılan atəşlə qətlə yetirilib.

Hadisə aprelin 28-də şəhərin Lenin prospektində baş verib.

Qətlə yetirilən şəxsin ad-soyadı açıqlanmayıb. Onun 42 yaşı olduğu və Sankt-Peterburqa dörd ay əvvəl gəldiyi bildirilib.

Hüquq-mühafizə orqanlarının nümayəndələri deyiblər ki, Azərbaycan vətəndaşına odlu silahdan bir neçə dəfə atəş açılıb və çoxsaylı güllə yaraları nəticəsində həlak olub.

Məlumata görə, hadisə baş verən ərazidə müşahidə videokameraları olmayıb. Buna baxmayaraq, ilkin araşdırmalar nəticəsində məlum olub ki, şübhəli şəxslər son model bahalı avtomobillə hadisə yerindən uzaqlaşıblar.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işinə başlanılıb. // Report


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi