azia.az
azia.az

Bahalı benzindən necə yaxa qurtarmalı...

18-07-2022, 22:17

Bahalı benzindən necə yaxa qurtarmalı...
"Aİ-95" benzininin qiymət artımından sonra çoxları sözügedən benzindən istifadə edə bilmədiklərindən "Aİ-92"- yə müraciət edirlər.

Məlumata görə, bu da hər avtomobilə eyni cür təsir göstərmir. Bəzi avtomobil sahibləri isə hər iki benzini qarışdırmaqla məsələni həll etmək istəyirlər.

Maraqlıdır, yanacaqdan bu cür istifadə avtomobilin sıradan çıxmasına gətirib çıxarırmı?

Super benzin istifadə edən sürücülər bildiriblər ki, avtomobillərinə keyfiyyətsiz benzin tökmək istəmirlər, maşınlarına heyfləri gəlir. Həmçinin çəni həmişə ağzınadək dolduran sürücülər daha belə edə bilmədiklərini dilə gətiriblər. Avtomobil ustaları bildiriblər ki, aşağı keyfiyyətli benzindən istifadə klapanları yandıra bilir. Yanmamış qazlar silindirin divarından yağ qazanına keçıb, yağı vaxtından əvvəl qaraldır, katalizatoru sıradan çıxarır. 2010-cu ilin istehsalı olan avtomobillərə "Aİ-92" benzini tövsiyə edilmir. Yalnız premium benzindən istifadə olunmalıdır. Usta benzini qarışdırıb istifadə edənlərə də məsləhət verib:

"Aİ-95"-dən uzun məsafələrə, digərindən şəhərdə qısa yolları qət edərkən istifadə edilə bilər. Bəzi avtomobillərə "Aİ-92" töküb, aşağı sürətlərdə idarə etmək olar”.

https://www.facebook.com/watch/?v=1574489799620326

Şəlalə Babayeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi