azia.az
azia.az

Aİ-95 benzini 2 manat oldu

13-07-2022, 10:08

Aİ-95 benzini 2 manat oldu
Azərbaycanda Aİ-95 “Premium” markalı benzinin qiyməti bahalaşıb. Hələlik bununla bağlı rəsmi açıqlama olmasa da, gecə saatlarında artıq qiymət tablolarında dəyişiklik edilib.

Aİ-95 markalı benzinin 1 litri üçün yeni satış qiyməti 2 manat olub. Əvvəlki qiymət 1 manat 60 qəpik idi.

Azərbaycan Aİ-95 və Aİ-98 markalı benzini xaricdən alır. Hökumətyönlü media qiymət artımını dünya bazarındakı bahalanma ilə izah etməyə çalışır.

Sonuncu dəfə bu markalı benzinin qiyməti ötən ilin iyununda bahalanmışdı. Onda benzinin qiyməti 15 qəpik bahalaşaraq 1.6 manat olmuşdu.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi