azia.az
azia.az

Magistral kəmərdə qəza - Bakının bu ərazilərində SU KƏSİLƏCƏK

18-07-2022, 20:06

Magistral kəmərdə qəza - Bakının bu ərazilərində SU KƏSİLƏCƏK
Bakı şəhərini qidalandıran magistral su kəmərlərində qəza baş verib.

Azia.az "Azərsu" ASC-yə istinadən xəbər verir ki, H.Z.Tağıyev qəsəbəsindəki mərkəzi nasos stansiyasından paytaxtı su ilə təmin edən borunun təmiri üçün əraziyə qəza-bərpa briqadaları cəlb olunub və xüsusi texnikanın köməkliyi ilə təmir işləri aparılır.

Qəz ilə əlaqədar Bakıxanov, Əmircan, Bülbülə, Yeni və Köhnə Günəşli qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi