Vətəndaşların DİQQƏTİNƏ: Bakının bu rayonlarında SU KƏSİLƏCƏK
Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün axşam saatlarından başlayaraq təmir-bərpa işləri yekunlaşana qədər Bakının Sabunçu, Suraxanı və Xəzər rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərsu" ASC məlumat yayıb.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.