Ağcaqanadlar ən çox kimi dişləyir?
Yayın isti günlərində insanların ən böyük problemlərindən biri də ağcaqanadlar olur.
Bəzi insanlar ağcaqanadların “hücumuna” məruz qalır, bir qrup isə bundan sanki sığortalanıb. Həkim Yelena Androsova ağcaqanadların daha çox hansı insanları dişlədiyini deyib. O, bu barədə “Prime” agentliyinə müsahibəsində bildirib.
Androsova deyib ki, ağcaqanad insanı “qurbanın” fərdi qoxusu və bədən istiliyi cəlb etdiyi üçün dişləyir. Bundan əlavə, böcəklər dərinin mikroflorasının tərkibinə və ayrılan karbon qazına diqqət yetirirlər. Onun həcmi nə qədər böyükdürsə, insan ağcaqanad üçün bir o qədər cəlbedicidir:
"Bütün insanların mikroflorası fərqlidir, ona görə də mikrobların yaratdığı "iyli maddələrin" nisbəti müxtəlif insanlar üçün fərqlidir və ümumi qoxu da fərqli olacaq".
Həkim əlavə edib ki, elmi araşdırmalardan birinə görə, ağcaqanadlar üçün ən cəlbedici insan tipi birinci qan qrupunun sahibləridir. Eyni zamanda, böcəklərin müəyyən bir cinsi və ya dəri rəngini seçdiyinə dair heç bir məlumat yoxdur.
Bundan əvvəl allerqoloq İrina Yartseva ağcaqanadlar üçün ən cəlbedici insan tipini açıqlamışdı. O, həşəratları əslində damarlarda olan qanın istiliyinin cəlb etdiyini bildirmişdi.