azia.az
azia.az

Ağcaqanadlar bizi bu qurda yoluxdura bilər - Xəbərdarlıq

9-07-2016, 07:00

Ağcaqanadlar bizi bu qurda yoluxdura bilər - Xəbərdarlıq Yay aylarında ən yayılmış problemlərdən biri ağcaqanadlardır. Adətən biz ağcaqanadı zəhlətökən, ancaq ziyansız həşərat hesab edirik.

Lakin bu heç də belə deyil. Aqcaqanadlar bizi çox təhlükəli qurdlara yoluxdura bilər.

Lent.az-ın "saglamolun.az-a" istinadən məlumatına görə, bu qurdlardan biri dirofilyariya qurdudur.

İnsanlardan əlavə ağcaqanadlar həmçinin heyvanların da (it, pişik, siçovul və s.) qanını sovurur. Heyvanlarda tez-tez dirofilyariya qurdu olur. Bu qurdu olan heyvanın qanını içən ağcaqanaq daha sonra insanı dişləsə qurdun sürfələri insanın qanına düşə bilər və sonra orqanizm boyu yayıla bilər. Bir çox hallarda qurd insanın dərisinin altında inkişaf etməyə başlayır və ağcaqanad dişləməsindən bir neçə ay sonra burada burulmuş sap formasında olan qeyri-adi şişkinlik yaranır.

Qurdu dərinin altından çıxartmaq üçün kiçik cərrahi əməliyyat aparılır.

Dirofilyariyalar bəzən qan axını ilə insanın digər orqanlarına (ağciyərinin, ürəyinin içinə) düşə bilər. Bu çox təhlükəlidir və ciddi pozulmalara səbəb ola bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi