azia.az
azia.az

Psixoloqa gedənlərə niyə "dəli" kimi baxırıq? - VİDEO

14-06-2022, 06:43


2 gün öncə sevgilisi üçün özünü yandıran qız haqqında danışacam.
Psixoloqa gedənlərə niyə "dəli" kimi baxırıq? - VİDEO
Belə ki, etdikləri mübahisə nəticəsində ictimai əsayişi pozduqları üçün qızın sevgilisi polis bölməsinə aparılıb, qız isə bölmənin önünə gələrək özünə benzin tökərək yandırıb.
Həkimlərin səyinə baxmayaraq qız hadisə nəticəsində dünyasını dəyişib.

Beləliklə etdiyi 1 səhv hərəkət qızın həyatına son qoyması ilə nəticələnib.

Ağıla 1 sual gəlir "Dəyər mi?”. Səbəb hər nə olur, olsun kimsə üçün sözün əsl mənasında özünü oda atmağa dəyər mi? Qeyri sağlam münasibətlər daha neçə can alacaq? Daha neçə qız özünü bədbəxt edəcək? Bəzən belə ağlasığmaz hadisələri sevgi adlandırırlar.

Özlərini rəngli nağıl dünyasında hiss edib, guya ki, özlərini sevgiləri uğrunda fəda edirlər. Bəs toksik asılılığı sevgi adlandırmaq nə dərəcə düzgündür? Səhv insana doğru hislər bəsləyib bundan əziyyət çəkən minlərlə qadınlar var.

Bunun üçün ailə və qadın psixoloqları nəzərdə tutulsa da, bizim düşüncə tərzimizə görə psixoloqa gedən ancaq dəlilər olur.

Gəlin elə mövzudan çox da kənara çıxmadan qadınların özlərinə etdikləri haqsızlıqdan danışmağa davam edək. Bəzən səhv insan seçməklərinin dərinliyinə getsək, mövzu ailəyə bağlanacaq. Ailəsi tərəfindən sevgi boşluğu yaşayan insanlar, yaranan boşluğu doldurmaq üçün səhv insanlar seçməkdə necə deyərlər daha uğurlu olurlar.

Bu durumda ailə qədər cəmiyyət də çox böyük rol oynayır. Depresiyyada olan insanlar hər nə qədər bu faktı dansalar da ağıllarının bir köşəsində hər zaman intihar barədə götür qoy edirlər.

Necə deyərlər dolu stəkana düşən 1 damla su belə onun daşmasına səbəb ola bilir. Ətrafda belə insanları görəndə onları mühakimə etmədən olunan 1 söhbət belə fikirlərinin dəyişməsi ilə nəticələnə bilər.

Oksana Orucova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi