Boşananların sayı rekord vurur
Boşanmalar da ona görə artır ki, cütlüklər nə evlənməmişdən qabaq, nə də sonra psixoloqa müraciət edirlər. Hətta boşanmadan əvvəl də gəlmirlər.
Azərbaycanda son illər ayrılma, boşanmaların sayı statistikada rekord vurur. Bir çox ailələr seksoloqa, psixoloqa görünmədən, problemi çözmədən, bir-birinin nə istədiyini bilmədən dağılır.
Qadınla kişilərin ayrılma səbəbləri müxtəlif görünə bilər, əslində isə hər ikisinin səbəbi eynidir: intim münasibətlər, anlayışsızlıq.
Xəbər verilir ki, klinik psixoloq, seksoloq Təhmasib Cavadzadə lent.az-a müsahibəsində bir çox insanların niyə evləndiklərini bilmədiklərini və kor-koranə ailə qurduqlarını deyir.
"Ailələrin düzgün şəkildə ailə qurmayanlardı. Məsələn, evlənəndə ya ailənin məsləhəti ilə, ya da sevgi yox, ehtiras üzərində ailə qururlar. Bundan başqa, oğlanla qız bir-birilərini düzgün dəyərləndirmirlər, xarakterlərini kəşf etmirlər. Nə qədər ki, evlənməyiblər bir-birilərinin istədiyi kimi davranırlar. Amma evlənəndə isə özləri olurlar.
Çox xanım deyir ki, mən evlənməmişdən qabaq yoldaşım belə deyildi, indi dəyişib. Çünki tanışlıq müddətində onlar maskalanmışdı. Heyvanlarda da var bu. Erkək gəlib dişinin qabağında mahnı oxuyur. Bu zaman da dişi özünə tərəfmüqabil seçir. İnsanlar da özlərini ideal şəkildə göstərirlər, maskalanırlar. Amma anlamalıdırlar ki, maskalanmaq çox uzun çəkmir. Ona görə də ailə qurandan sonra tamam başqa insana çevrilirlər. Maskalanmağa da ona görə ehtiyac duyurlar ki, özlərini qəşəng göstərsinlər.
Boşanmalar da ona görə artır ki, cütlüklər nə evlənməmişdən qabaq, nə də sonra psixoloqa müraciət edirlər. Hətta boşanmadan əvvəl də gəlmirlər.
Mən Tehran seks klinikasında (İran seks institutu) işləyəndə insanlar evlilikdən qabaq gəlirdilər. Biz onları, xarakterlərini şəxsiyyətlərini analiz edirik ondan sonra onlara evlənə bilərlər ya yox və yaxud da evlənsələr, bu nöqtələrə riayət etməlidirlər onu deyirdik.