azia.az
azia.az

"Sabah Ermənistanın əsl sahibinin kim olduğunu göstərəcəyik" - Saqatelyan

6-06-2022, 12:58


“Sabah saat 19:00-da Fransa meydanına gedirik, Ermənistanın əsl sahibinin kim olduğunu göstərəcəyik”.
"Sabah Ermənistanın əsl sahibinin kim olduğunu göstərəcəyik" - Saqatelyan
Xəbər verilir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri, Müqavimət müxalifət hərəkatının koordinatoru İşxan Saqatelyan öz Facebook səhifəsində yazıb.

Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyaları başlayandan bütün müddət ərzində 24 nəfər həbs edilib, 2,5 minə yaxın insan polis bölmələrinə aparılıb.

“Rəsmi məlumatlara görə, indiyədək müqavimət hərəkatının 2,1 mindən çox üzvü müxtəlif polis idarələrinə aparılıb. Lakin aparılanların hamısı polis tərəfindən sənədləşdirilməyib.

Faktiki olaraq, aparılanların sayı 2,5 min nəfərə yaxındır. Aprelin 25-dən indiyədək 48 vətəndaş saxlanılıb, onlardan 24-ü həbs edilib. İndi də məhkəmələr həbslə bağlı vəsatətlərə baxır”,- o yazıb.

Saqatelyan Ermənistanda etirazlar başlamazdan əvvəl həbs edilənlər də daxil olmaqla 50-yə yaxın siyasi məhbusun olduğunu iddia edir.

O, tərəfdarlarını bazar ertəsi axşam mitinq üçün yenidən toplaşmağa çağırıb.

Xuraman Etibarlı,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi