azia.az
azia.az

QİDA-mız MİDA-mızı, MİDA-mız da QİDA-mızı YANDIRIR... - Nə ondan, nə da bundan... YARIMADIQ!

18-05-2022, 18:45

QİDA-mız MİDA-mızı, MİDA-mız da QİDA-mızı YANDIRIR... - Nə ondan, nə da bundan... YARIMADIQ!
Haqqında bəhs edəcəyimiz qardaşlardan biri hazırda Fərhad Təhməzov Mənzil İnkişaf Dövlət Agentliyinə ( MİDA), o biri qardaş Qoşqar Təhməzli QİDA ( Dövlət Agentliyinə) rəhbərlik edir.
O biri qardaşları Atəş Təhməzov hazırda tikinti biznesi ilə məşğul olur.
Məlumat üçün qeyd edək ki, Atəş Təhməzov vaxtilə Prezident Aparatında işlər idarəsində Akif Muradverdiyevin şöbəsində işləyib. Sonradan dövlət çevrilişi cəhdi ilə bağlı Əli İnsanov, Akif Muradverdiyevlə bərabər saxlanılsa da…hansısa yolla aradan çıxa bilib.
Hazırda yığdıqlarını tikinti və inşaat biznesinə yönəldib.
O biri qardaş Fərhad Əhmədov isə uzun müddət Qaçqınkomda Məcburi Köçkünlərin İnkişaf fondunun rəhbəri olub və uzun illər dövlətin ayırdığı milyonları mənimsəyib və hazırda özünün xarici ölkələrdə biznesi var.
Qoşqar Təhməzov isə uzun müddət “siçan-pişik” idarəsində, yəni Sanitar Epidemoloji sistemdə çalışıb. Və qardaşı Fərhad Təhməzovun qaçqınların hesabına oğurladığı milyonları biznesə yönəldib və bütün məmurların özəl klinikalarını xarici tibbi avadanlıqlarla təmin edib. Və sonda da hansı yollasa, QİDA-nın rəhbəri olub.
Birinci QİDA-dan başlayaq. Qoşqar Təhməzlinin QİDA rəhbəri olduğu müddətdə ancaq ölkəmizdə ərzaq və qida məhsullarının keyfiyyəti aşağı düşüb.
Son vaxtlar ən çox adı hallanan qardaş isə MİDA-nın rəhbəri Fərhad Təhməzovdur.
Qısa məlumat üçün qeyd edək ki, sovet dövründə insanlar növbəyə durum gec-tez ev-mənzil alırdılar.
Bu günkü reallıqda elə məsələ yoxdur. Bəs nə etməli..?
İnsanlar evsiz-eşiksiz qalmalıdır..?
Bütün bunları nəzərə alan cənab Prezident İlham Əliyev cənabları ortaya yeni nəcib bir təşəbbüs qoydu və MİDA-nı yaratdı. Ki, imkansız insanlar dövlətin güzəşti hesabına mənzil ala bilsinlər.
Dövlət bunun üçün Bakı şəhərində Yasamalda, Hövsanda və digər yerlərdə pulsuz torpaq sahəsi ayırdı və xeyli dövlət vəsaiti verildi.
Loru dildə desək, özəl MTK-lar torpağı pulla alır, şəxsi vəsaitini qoyur və mənzillər baha başa gəlir. Yəni kasıblar üçün əl çatmaz olur.
Cənab Prezident məhz buna görə MİDA-nı yaratdı.
Ancaq çox təəssüf ki, MİDA-nın rəhbəri Fərhad Təhməzov və onun kimilər burda da maxinasiyalara, korrupsiyaya yol açdılar.
Bu gün hansısa kasıb vətəndaşın MİDA-dan mənzil alması mümkün deyil.
Məlumdur ki, bir müddət əvvəl Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksində güzəştli mənzil satışını həyata keçirməsi ciddi narazılıqlar yaratdı. Səbəb isə 442 mənzilin bir neçə saniyədə satılması idi.
Təsəvvür edirsiniz, 442 mənzil bir neçə saniyəyə…
Bəli, bu mənzilləri imkanlı şəxslər müxtəlif yollarla ələ keçirirlər.
Həmişəki kimi uzun illər müəllim işləyənlər, gənc ailələr, elm adamları və bir çox layiqli şəxslər layihədən uzaq və evsiz qaldı. Qurulan ədalətsiz seçim prinsipi davam etdi. Maklerlər işi biznesə çeviriblər, xüsusi yollarla evləri udub 10-15 min bahasına satırlar. MİDA isə deyir ki, xəbərimiz yoxdur….
Görəsən Fərhad Təhməzov kimilərə niyə sual verən yoxdur ki, bu boyda cinayət əməlindən necə xəbərin yoxdur..?
Digər tərəfdən birbaşa Prezidentin təşəbbüsü olan bu boyda layihənin ədalətli olması üçün niyə müşahidəçilər dəvət olunmayıb..?
Məsələ ilə bağlı mütəxəssislər bidirir ki, MİDA-nın sözügedən onlayn satış prosesini xeyli sayda dövlət qurumları və beynəlxalq qurum izləyib.
Bəs necə olub ki, bu qədər dövlət qurumunun gözü qarşısında bu boyda cinayət əməli baş verib..?
Bəli, MİDA-nın keçirdiyi onlayn satış cəmiyyətdə ciddi narazılıqlara səbəb oldu.
Əvvəlki satışlarda bu dərəcədə cinayət əməli baş verməmişdi. 4 saniyədə yüzlərlə mənzili necə satmaq olar..?
Ona görə də bu məsələ şəffaf qaydada həll edilməli, prosesə cəmiyyətin üzvləri, ekspertlər cəlb edilməlidir.
Düzdür, hadisədən sonra bu prosesin bir neçə iştirakçısı DTX tərəfindən həbs edildi.
Amma ortada böyük cinayət əməli var.
Həm də unutmamalıyıq ki, bu dövlət layihəsinə qarşı törədilib.
Deməli bu böyük bir cinayətdir.
Qarşı tərəfə cavab haqqı tanıyırıq.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi