“MİDA-nın son mənzil satışının nəticələri ləğv olunmalıdır!” - ÇAĞIRIŞ
“MİDA-da onlayn yolu ilə son mənzil satışının nəticələri ləğv olunmalıdır”. Bu sözləri Yenisabah.az-a hüquqşünas Aslan İsmayılov deyib. O, DTX tərəfindən saxlanılan şəxşlərin özbaşına sistemə daxil ola bilməyəcəyini və bu işdə kimlərinsə əli olduğunu bildirib:
“MİDA ilə baş verənlər, gənclərin evini yıxmaq, arzusunu, gələcəyə ümidini qırmaq deməkdir. Orada hansısa İT mütəxəsisinin həbsi ilə iş yekunlaşmamalıdır. İT mütəxəsislərini də idarə edən kimlərsə var. Bunların hamısını hüquq-mühafizə orqanları araşdıracaq.
İT mütəxəsisləri özbaşına ora daxil olub bu əməliyyatları edə bilməz. 6 nəfər müxtəlif yerlərdən bu cür mükəmməl sistemə qoşula bilməzlər. Onları ora qoşanlar var. Araşdırıldıqdan sonra aydın şəkildə bilinəcək ki, o mütəxəssisləri kimlər oraya yönləndirib”.
Bildirək ki, bu gün DTX MİDA-nın son onlayn satış prosesinə xüsusi kompüter proqram təminatlarından istifadə edilməklə mənzillərin seçimi prosesinə müdaxilə halları müşahidə edilməsi haqda məlumat yayıb. Faktla bağlı cinayət işi açılıb və saxlanılanlar var.
Mənbə:My Webpage