Vəzifəli şəxs məşhur bankın qadınlar tualetinə kamera yerləşdirdi
Türkiyənin İstanbul şəhərində yerləşən məşhur bankın birinci və dördüncü mərtəbələrindəki qadın tualetinə gizli kamera yerləşdirildiyi məlum olub. Gizli kamera vasitəsilə qadın işçilərin görüntüləri aylarla müşahidə edilib.
Belə ki, bankın təmizlikçisi gizli mikrokameranın qadın tualetinin zibil qutusuna qoyulduğunu görüb. Kameranın xaricdə məşhur bir alış-veriş saytından alındığı müəyyən edilib, əməkdaşların internet saytından etdikləri alış-verişlər araşdırılıb.
Müəyyən edilib ki, bankın informasiya texnologiyaları direktoru vəzifəsində çalışan İ.E. sözügedən saytda kamera məbləği ilə eyni məbləğdə ödəniş edib.
Həmin şəxsə qarşı 2 il 6 aydan 10 il 6 aya qədər həbs cəzası tələbi ilə iddia qaldırılıb. İ.E. kameraları özü aldığını etiraf etsə də, qadın tualetinə kamera qoymadığını deyib.