azia.az
azia.az

Azərbaycanda 1 kilosu 600 manata alça satılır - FOTO

3-05-2022, 08:06

Azərbaycanda 1 kilosu 600 manata alça satılır - FOTO
Havaların soyuq keçməsi, üstəgəl alça mövsümü olmamasına baxmayaraq Azərbaycanda yetişdirilən alça hər kəsi təəccübləndirib.

Xəbər verilir ki, paytaxt Bakıda satışa çıxarılan alçanın Göyçay rayonunda yetişdirildiyi məlum olub. Onun satış qiyməti isə 600 manatdır.

Qeyd edək ki, mağazalarda qış vaxtı satılan, qiyməti dodaq uçuqladan alçanın xaricdən gətirildiyi hər kəsə məlum idi. Belə ki, xarici ölkədən gətirilən bu meyvənin 1 kilosu təxminən 200 dollar (350 AZN) civarındadır. Bu cür meyvələrə adətən varlı ailələr müraciət edir.

Aynur Ələkbərova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi