azia.az
azia.az

Pamidor və xiyar iki dəfə Bahalaşıb - Səbəb nədir?

5-08-2021, 22:25

Pamidor və xiyar iki dəfə Bahalaşıb - Səbəb nədir?
Son günlər Azərbaycanda mövsümi tərəvəzlərin qiymətlərində artım müşahidə olunur.

Azia.az-ın məlumatına görə, satışa çıxarılan pomidor və xiyarın qiyməti 2 dəfədən çox bahalaşıb.

Belə ki, daha əvvəl 0,70 manata satılan xiyarın qiyməti 1-1,50 manat, 0,50 manata satılan pomidorun qiyməti isə 1-1,20 manat təşkil edir.

Havaların isinməsinə baxmayaraq mövsüm tərəvəzlərinin qiymətlərindəki artım sual doğurur. Bəzi satıcılar bahalaşmanı xarici ölkələrə, özəlliklə Rusiya bazarlarına ixracla əlaqələndirir.

Qiymət artımının səbəblərini Ölkə.az-a şərh edən aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov isə bahalaşmanı təklifin azalması ilə əlaqələndirib:

“İndiyə qədər daha çox istixana şəraitində yetişdirilən xiyar-pomidor bazara çıxarılır və istehlak olunurdu. Artıq istixana şəraitində örütülü təsərrüfatlarda yetişdirilən məhsul demək olar ki, tükənir. Bu, mövsümlə əlaqəlidir. Hətta cari il bu müddətin uzun olduğunu da deyə bilərik.

Açıq şəraitdə yetişdirilən xiyar və pomidor məhsulları isə yetərincə deyil. Təklif tələbə uyğun olmadığı üçün qiymət artımı baş verir. Əslində, sözügedən məhsullar ucuzlaşmalı idi. Çünki açıq şəraitdə yetişdirilən tərəvəz ucuz başa gəlir və maya dəyəri aşağı olduğundan ucuz satılmalıdır. Lakin görünür, istehsal və təklif az olduğu üçün istehsalçılar və həmin məhsulun tədarükü ilə məşğul olan sahibkarlar fürsətdən istifadə edib qiyməti artırırlar”.

Ekspert əlavə edib ki, qiymətdəki artım ixracla əlaqəli deyil. Artıq istixana şəraitində yetişdirilən məhsul tükənib və Rusiyaya ixrac bitib: “Mayın sonu, iyunun ortalarından artıq Rusiyaya Azərbaycandan istixana şəraitində yetişdirilən tərəvəz ixrac edilmir. Həmçinin ruslar yay mövsümündə örtülü təsərrüfatlarda yetişdirilən pomidoru istehlak etmirlər”.

V. Məhərrəmov açıq təsərrüfatlarda tərəvəz istehsalının aşağı olmasını uzun müddətdir davam edən su problemi və bazar problemidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi