azia.az
azia.az

Avtomobillərin yük yerində ucuz satılan toyuqlarla bağlı xəbərdarlıq - VİDEO

20-04-2022, 08:32


Bakıda fəaliyyət göstərən bazarların girişində, eləcə də ayrı-ayrı ərazilərdə avtomobillərin yük yerində 3 ədədi və ya 3 kiloqramı 11 manata təmizlənmiş toyuqlar satılır. Marketlərdə toyuq ətinin 1 kiloqramı isə 5 manatadan baha satılır. Ucuz qiymətə satışa çıxarıla toyuqların mənşəyi məlumdurmu?
Avtomobillərin yük yerində ucuz satılan toyuqlarla bağlı xəbərdarlıq - VİDEO
Pravda.az-ın məlumatına görə, normal daşınma və satış şəraitinə əməl olunmasa da, bu toyuqların alıcıları kifayət qədərdir.

Həmin toyuqların satışı ilə məşqul olan şəxs hesab edir ki, toyuqların ucuz olmasının səbəbi keyfiyyətlə bağlı deyil.

Satıcıların təriflə satdığı, alıcıların bəh-bəhlə aldığı bu məhsul ilə əlaqədar Qida Təhlükəsizlik Agentliyinin (AQTA) mətbuat katibi Aysel Fərziyeva bildirib ki, istehlakçılar məhsulun saxlanma şəraitinə mütləq diqqət etməlidirlər.

Onun sözlərinə görə, əgər vətəndaşların bu məhsullarla bağlı hər hansı şübhələri olarsa bu barədə AQTA-nın 1003 çağırı mərkəzinə müraciət edə bilərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi