MEK Litva Elmlər Akademiyasının Vroblevski adına Kitabxanası ilə müqavilə imzalayıb
MEK Litva Elmlər Akademiyasının Vroblevski adına Kitabxanası ilə müqavilə imzalayıb
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) prioritet istiqamətlərdən biri də dünya ölkələrinin kitabxanaları, kitabxana işinin inkişafı ilə məşğul olan qurumlarla qarşılıqlı əlaqələrin qurulması və inkişaf etdirilməsidir.
Görülən işlərin davamı olaraq millət vəkili Jalə Əhmədovanın, ölkəmizin Litva Respublikasındakı səfiri Tamerlan Qarayevin dəstəyi, Mərkəzi Elmi Kitabxananın baş direktoru professor Məmməd Əliyevin təşəbbüsü ilə əməkdaşlıq əlaqələri qurulub. Belə ki, M.Əliyev və Litva Elmlər Akademiyasının Vroblevski adına Kitabxanasının direktoru Sigitas Narbutas əməkdaşlıq haqqında müqavilə imzalayıblar.
Əməkdaşlıq çərçivəsində hər iki kitabxananın fondlarının çap və elektron nəşrlərinin mübadiləsi, müvafiq ədəbiyyatların əldə edilməsi, qarşılıqlı informasiya dəstəyi, kitab sərgilərinin təşkili, elektron resursların hazırlanması və işlənməsi, eləcə də birgə layihələrin həyata keçirilməsi kimi məsələlər öz əksini tapıb.
Xatırladaq ki, AMEA MEK ötən il Rusiya, Belarus, Moldova, Qazaxıstan ilə əməkdaşlıq haqqında müqavilələr imzalayıb. Bundan əlavə, ABŞ, Almaniya, Çin, Yaponiya, Türkiyə, Misir, Böyük Britaniya və digər qabaqcıl ölkə kitabxanaları ilə beynəlxalq tərəfdaşlıq əlaqələrini uğurla davam etdirərək öz fondlarını daha da genişləndirir.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]