azia.az
azia.az

Azərbaycanda daha bir DƏHŞƏT: qardaş bacısının başını kəsdi

1-03-2016, 17:00

 Azərbaycanda daha bir DƏHŞƏT: qardaş bacısının başını kəsdi İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib
Sabirabad rayonunda qətl hadisəsi baş verib.
Mil-Muğan bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Qalağayın kəndində qeydə alınıb.
Kənd sakini, 1990-cı il təvəllüdlü İbişov Famil Əlirza oğlu bacısı, 1988-ci il təvəllüdlü İbişova Hüsniyyə Əlirza qızının boğazını kəsərək qətlə yetirib.
Famil İbişov saxlanılıb. İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib.
Meyit müayinə olunmaq üçün Sabirabad rayon morquna aparılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi