azia.az
azia.az

Köçkün ailələri ilə Razılaşma Protokolu imzalanır — Qarabağa qayıdış prosesinə start verildi

27-03-2022, 17:37

Köçkün ailələri ilə Razılaşma Protokolu imzalanır — Qarabağa qayıdış prosesinə start verildi
Ölkənin müxtəlif bölgələrində məskunlaşan məcburi köçkünlərin azad olunmuş bölgələrə qayıtması üçün sənədləşmə işlərinə start verilib. Bu barədə Gununsesi.info-ya hökumətdəki mənbələr deyib.
Məlumata görə, Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinə bununla bağlı təlimat verilib.

Təlimata görə, komitə əvvəlcədən müəyyən edilmiş rayon və kəndlərin sakinləri ilə qayıdışla əlaqədar olaraq İlkin Razılaşma Protokolunu imzalamalıdır.

Artıq belə Protokol Ağdam şəhəri və şəhərə birləşdiriləcək ( Çuxurməhlə, Keştazlı, Qarazeynallı, Qullar, Seyidli, Bozpapaqlar, Sarıhaclı, Muradbəyli, Pərioğlullar, Ağdamkənd) kəndlərində daimi qeydiyyatda olan sakinlərin ailə başçıları ilə imzalanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi