azia.az
azia.az

Müharibə ərzində Rusiya Ukraynada 139 xəstəxananı yerlə-yeksan edib

22-03-2022, 18:21


Ukraynada baş verən müharibə ərzində 139 xəstəxana vurulub, onlardan 10-u tamamilə dağıdılıb.
Müharibə ərzində Rusiya Ukraynada 139 xəstəxananı yerlə-yeksan edib
Xəbər verilir ki, bu barədə ölkənin səhiyyə naziri Viktor Lyaşko danışıb.

O, Xarkovdan gələn kolonu müşayiət edən və ruslar tərəfindən girov götürülən təcili yardım briqadasının artıq xilas olunduğunu bildirib.

Səhiyyə naziri müharibə şəraitində dərman və tibbi avadanlığın daşınmasının çətinləşdiyini qeyd edib. Onun sözlərinə görə, bir çox apteklər çalışanların evakuasiya olunması səbəbindən çalışmır. Lakin bütün bunlara rəğmən tibbi nəqliyyatın işi bərpa edilib və apteklərdə tələbələrin də işləməsinə şərait yaradılıb.

Ukrayna səhiyyə naziri hazırda ölkədə 155-dən çox xarici tibb mütəxəssisin çalışdığını, iki səhra hərbi xəstəxananın işə salındığını diqqətə çatdırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi