azia.az
azia.az

Bu ərazilərdə su kəsiləcək

7-02-2022, 16:11

Bu ərazilərdə su kəsiləcək
Bu gün axşam saatlarından başlayaraq sabah günün sonuna qədər Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsinə və Ələt qəsəbəsinin bir hissəsinə, həmçinin Hacıqabul rayonunun Qızılburun, Atbulaq kəndlərinə, Navahı kəndinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq, bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən bildirilib.

Məlumata görə, fasiləyə səbəb Kür-Bakı magistral su kəmərində planlaşdırılan əsaslı təmir işləridir.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi