azia.az
azia.az

Azərbaycanlı alimə Avstraliyada yüksək vəzifə verildi

31-01-2022, 18:51

Azərbaycanlı alimə Avstraliyada yüksək vəzifə verildi
Azərbaycanlı alim Adil Bağırov Avstraliya Tədqiqatlar Şurasının (ARC) ekspertlər kollegiyasının üzvü təyin edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Qaynarinfo-ya verilən məlumata görə, bu barədə ARC ekspertlər qrupunun 2022-ci il üçün açıqlanan tərkibinə dair məlumatda bildirilib.

Qeyd edək ki, ARC Avstraliya Birliyinin təşkilatı hesab olunur. Bu qurum tədqiqat məsələləri üzrə Avstraliya hökumətinə məsləhətlər verir, Müsabiqə Qrantları Milli Proqramını (NCGP) idarə edir və tədqiqatlar sahəsində nailiyyətlərin əldə olunması üçün cavabdehlik daşıyır.

Qeyd edək ki, 1960-cı il yanvarın 7-də Biləsuvar rayonunda anadan olan alim Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat fakültəsinin məzunudur. Avstraliyada yaşayana qədər Azərbaycan Milli Elmlər Akademiyası Təbii Sərvətlərin Kosmik Tədqiqatları İnstitutunda, Bakı Dövlət Universitetində, Moskvanın Dubna vilayətindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda çalışıb.

Hazlrda Avstraliyanın Ballarat şəhərində yaşayan professor A.Bağırov 1999-cu ildən Avstraliya Federasiya Universitetində (keçmiş Ballarat Universiteti) çalışır. Optimallaşdırma, qeyri-hamar analiz və digər müvafiq sahələr üzrə araşdırmalar aparır. Çoxlu sayda elmi əsərlərin və məqalələrin müəllifi, 7 beynəlxalq jurnalın redaksiya heyətinin üzvüdür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi