azia.az
azia.az

Azərbaycanlı həkimin növbəti tədqiqatı nüfuzlu elmi jurnalda dərc edilib

26-02-2021, 15:50

Azərbaycanlı həkimin növbəti tədqiqatı nüfuzlu elmi jurnalda dərc edilib
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayevin spektral kompüter tomoqrafiya ilə apardığı növbəti tədqiqat nüfuzlu elmi jurnal tərəfindən elmi tədqiqat kimi qəbul edilib.

Musavat.com xəbər verir ki, elmi tədqiqatın "Quantitative Imaging in Medicine and Surgery" da (impakt faktor 3,226) çap olunması dünyaca məşhur tibbi ekspertlər tərəfindən rəsmən təsdiqlənib.

Tədqiqat redaksiya heyətində dünyanın nüfuzlu elm ocaqlarından olan mütəxəssislərin də yer aldığı jurnalda dərc olunaraq elmi ictimaiyyətə təqdim ediləcək.

Tədqiqatda spektral kompüter tomoqrafiya ilə damar patologiyalarının, xüsusilə də beyin qidalandırıcı damarlarda olan patologiyaların dəqiq diaqnozunun qoyulması və onların bu gün dünyada ən müasir metodla çalışan bu kompüter tomoqrafiya ilə yüksək keyfiyyətdə vizualizə edilə bilməsi sübut edilir.

Qeyd edək ki, Nuran Abdullayev və Köln Universitetində çalışdığı elmi komanda spektral kompüter tomoqrafiya ilə apardıqları elmi tədqiqatların səviyyəsinə görə dünyada birinci yerdədir. Onlar dünyanın bir nömrəli radioloji jurnallarında çap edilməsinə nail olduqları elmi tədqiqatlarının kliniki əhəmiyyətinə görə bu günə qədər bir neçə milyon avroluq təqaüdlərə layiq görülüblər. Azərbaycanlı həkimin radiologiya sahəsində belə bir uğurunun olması isə ölkəmizin tibb tarixində bir ilkdir.

Xatırladaq ki, N.Abdullayev Avropa və Almaniya Radiologiya Cəmiyyətlərində doktorluq dissertasiyası təqdim olunan ilk azərbaycanlıdır. O, bu doktorluq dissertasiyasında spektral kompüter tomoqrafiya ilə etdiyi elmi tədqiqatlar nəticəsində sübut etdiyi ən son yeniliklərdən bəhs edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi