azia.az
azia.az

Başı kəsilən hamilə, 60 dəfə bıçaqlanan qayınata, məhkəmədə qışqıran ər - Ailə faciəsi

4-01-2022, 09:26

Rusiyada səs-küylü cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Başı kəsilən hamilə, 60 dəfə bıçaqlanan qayınata, məhkəmədə qışqıran ər - Ailə faciəsi
Xəbər verilir ki, hamilə arvadını və qayınatasını amansızcasına qətlə yetirən müttəhimə hökm oxunub.

Hadisə ötən ilin fevral ayında Perm şəhərində baş verib.

Müttəhim Şohnəzər Şosəfərovun işi Rusiya İstintaq Komitəsinin İstintaq İdarəsi tərəfindən araşdırılıb.

Məlum olub ki, uzun müddət imiş ki, Şohnəzərlə həyat yoldaşı və onun qohumları arasında mübahisələr olurmuş. O, arvadının qohumlarına qarşı aqressiv münasibətdə olub.

Bir gün o, hamilə arvadı ilə yenidən mübahisə edib. Bu dəfə bıçağa əl ataraq arvadına zərbələr endirib, sonra onun başını kəsib.

Qatil bununla da kifayətlənməyib. Qayınatasını da "cəzalandırmaq" fikrinə düşüm. Qayınatası ilə küçədə rastlaşıb. Yaxınlaşan kimi ona çoxsaylı bıçaq zərbələri vurub.

Məhkəmə-tibb ekspertizası qayınatanın bədənində 60-a yaxın bıçaq xəsarətləri müəyyən ediblər.

Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edib, əməlindən peşman olduğunu bildirib.

Məhkəmə Ş.Şosəfərova ömürlük həbs cəzası verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi