azia.az
azia.az

Ağcabədidə dəhşət: Arvadını, qaynana və qayınatasını qətlə yetirdi və intihar etdi

26-06-2016, 03:58

Ağcabədidə dəhşət: Arvadını, qaynana və qayınatasını qətlə yetirdi və intihar etdi Qətliam 4 uşaq atası Quliyev Ələsgərin qayınatasının evində baş verib

Ağcabədidə həyat yoldaşını, qaynana və qayınatasını qətlə yetirən şəxs intihar edib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, Ağcabədidə Quliyev Ələsgər Əşrəf oğlu ailə münaqişəsi zəminində ov tüfəngi ilə arvadı,həmçinin dayısı qızı olan Ayfan Səfərova, qaynanası Nazilə Səfərova və qayınatası Ənvər Səfərovu güllələyərək qətlə yetirib. Hadisə Ə. Quliyevin qayınatasının evində baş verib. O, hadisəni törətdikdən sonra qəbristanlıq yaxınlığında intihar edib.

Qətlə yetirilənlər Ağdam rayonu Mərzili kənd sakinləridir, onlar Ağcabədi rayonunda məskunlaşıblar. Qətli törədən isə Füzulidə məskunlaşmış Xocavənd sakinidir.

Şahidlərin sözlərinə görə, hadisəni törədən şəxs ərazidən qaçmağa çalışıb, lakin Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının ərazini mühasirəyə aldığını görərək, özünə atəş açaraq intihar edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi