azia.az
azia.az

Röya da trendə qoşuldu: "Yumurta qədər hörmətimiz yoxdur"

17-01-2019, 00:27

Röya da trendə qoşuldu: "Yumurta qədər hörmətimiz yoxdur"
Əməkdar artist Röya Ayxan son günlər sosial medianın dilinə dolanan və dünyada ən çox "like" toplayan yumurta fotosu ilə bağlı paylaşım edib.

Azia.az xəbər verir ki, müğənni mövzunu lağa qoyaraq, yumurta üzərinə həkk olunmuş simasının fotosunu paylaşıb.

"Madam ki, 1 yumurta 37 milyon "like" yığır, bir yumurta qədər dünyada olan fotosessiyalar sevgi qazana bilməyibsə, bir yumurta qədər hörmətiniz yoxdursa, belə bir stillə önünüzə çıxmaq qərarına gəldim. Bir milyon "like" olmasa, İnstaqram hesabımı oğluma verəcəyəm. Uşaq onsuz da "mavi xətt" deyə-deyə başımın ətini yeyib, heç olmasa, evdə hörmətli olarıq" - deyə, Röya yazıb.

Qeyd edək ki, sözügedən yumurta fotosu İnstaqramda 45 milyondan çox bəyənmə alıb və onun "like" sayı artmaqda davam edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi