Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurdu-DƏHŞƏT
Bakı Humanitar Kollecində tələbələr arasında bıçaqlanma hadisəsi baş verib.
Belə ki, iki tələbə arasında yaranan mübahisə zamanı onlardan biri digərinə 6 bıçaq zərbəsi endirib.
"Bakupost"un əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı şəxs müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.