azia.az
azia.az

“ƏDV geri al” üzrə qaytarılan məbləğ 157 milyon manata yüksəlib

Bu gün, 15:20

Cari il ərzində “ƏDV geri al” layihəsi çərçivəsində vətəndaşlara ödənilən vəsaitin həcmi 12 faiz genişlənərək 157 milyon manat təşkil edib.

Xəbər verilir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov parlamenti İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələri zamanı məlumat verib.

Nazirlik rəsmisi vurğulayıb ki, 2018-ci ildən etibarən ölkədə fəal vergi ödəyicilərinin sayı 2 dəfə, ƏDV ödəyicilərinin sayı 3,5 dəfə, fəaliyyətdə olan obyektlərin sayı isə 1,7 dəfə çoxalıb. E.Camalovun sözlərinə görə, bu müsbət dinamika bu il də davam edib və hazırda ölkə üzrə vergi ödənişlərinin 93 faizi könüllü şəkildə həyata keçirilir. piz


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi