Şuşa azad ediləndən sonra Xankəndidə cəmi 7 nəfər qalıb...
![]()
Azərbaycan Ordusu Şuşanı işğaldan azad edəndə və Rusiya sülhməramlıları bölgəyə daxil olanda Xankəndidə 7 nəfər qalmışdı.
"Qafqazinfo” xəbər verir ki, Bunu "Komsomolskaya Pravda” qəzetinin müxbiri Dmitri Steşin Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazisində hazırladığı reportajda bildirib.![]()
Bu barədə qondarma rejimin "naziri" David Babayan rusiyalı jurnalitstə məlumat verib. O bildirib ki, keçən ilin noyabrında müharibədən əvvəl 60 min insanın yaşadığı Xankəndində cəmi 7 nəfər qalıb. Bu 7 nəfər qondarma rejimin rəhbəri Arayik Arutyunyan və onun mühafizəçiləri, həmçinin Babayanın özündən ibarət olub.