Sərt qapanma olacaq? - Operativ Qərargah rəsmisindən cavab - VİDEO
"Dünyada mövcud olan tendensiya xoş deyil və bu, gözlənilən idi. Çünki pandemiya dünyada problem olaraq qalmaqdadır".
Azia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov "ARB24"də yayımlanan "Nə baş verir?" verilişində danışıb.
Rəşad Mahmudov əlavə edib ki, əgər yeni dalğa olarsa, yoluxma sayı ötən ilki 5 min rəqəmlərindən qat-qat çox olacaq.