azia.az
azia.az

Mərkəzi Nəbatat Bağında abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam edir

22-11-2021, 20:48

Mərkəzi Nəbatat Bağında abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam edir
Mərkəzi Nəbatat Bağında abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam edir

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin tapşırığına əsasən Mərkəzi Nəbatat Bağında genişmiqyaslı abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam edir.
Belə ki, Bağın 3 hektar ərazisinin kol-kos və qurumuş ağaclardan təmizlənməsi işləri sürətlə davam edir. Nəbatat Bağının intensiv inkişafı ilə əlaqədar olaraq təcrübə sahələrində yeni əkilmiş ağacların dibləri bellənərək suvarma işləri aparılır, zəif inkişaf etmiş tinglər yenisi ilə əvəz edilir. Əkilmiş yeni ağac növlərinin aqrotexniki qaydalara uyğun olaraq becərilməsi və saxlanılması üçün lazımi münbit şərait yaradılır.
Qurumuş və bir-birinin içinə keçmiş budaqların kəsilməsi, eyni zamanda ağac tacının içərisinə işığın asanlıqla girməsini təmin etmək məqsədilə kənardan gətirilən texnika vasitəsilə ağaclar formaya salınır.
Həmçinin, AMEA rəhbərliyinin tapşırığı əsasında həyata keçirilən yenidənqurma və bərpa işləri zamanı Bağın ərazisində suvarma sisteminın səmərəli təşkili məqsədi ilə yeni yeni su borularının çəkilməsi prosesi artıq başa çatdırılıb.
Mərkəzi Nəbatat Bağında işlərin keyfiyyətlə həyata keçirilməsi Bağın baş direktoru vəzifəsini icra edən Natiq Allaheverdiyev tərəfindən daim nəzarətdə saxlanılır. Yenidənqurma işləri çərçivəsində ekskursiyaya açıq sahələrin yolboyu hissələrində beton döşəmə plitələrinin salınması prosesi davam edir. Eyni zamanda bağın ekskursiya sahələrinin işıqlandırma sisteminin quraşdırılması prosesi həyata keçirilir, naqillər salınır və işlərin son mərhələsində işıq dirəkləri quraşdırılır.
Bağın abadlıq-quruculuq işlərinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər Bağın estetik görünüşünün daha da yaxşılaşdırılmasına imkan verəcək.
Mərkəzi Nəbatat Bağında abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam edir
Mərkəzi Nəbatat Bağında abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam edir
Mərkəzi Nəbatat Bağında abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam edir


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi