Mərkəzi Nəbatat Bağında ağacəkmə və yaşıllaşdırma işləri sürətlə həyata keçirilir
Mərkəzi Nəbatat Bağında ağacəkmə və yaşıllaşdırma işləri sürətlə həyata keçirilir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin göstərişinə əsasən Mərkəzi Nəbatat Bağında genişmiqyaslı mövsümi ağac əkimi və yaşıllaşdırma işləri sürətlə davam edir.
Məqsəd, yerli potensiyalı üzə çıxarmaq, bağı ziyarət edən qonaqları ölkəmizin zəngin florası ilə yaxından tanış etməkdir.Qeyd edək ki, sözügedən bağa əlavə olaraq 4000-ə yaxın dekorativ bitkilərdən Limonluşərq tuyası, Limonusərvi, birgöz, fotinya gətirilib.
Bundan başqa Bağ rəhbərliyi tərəfindən Komissiya da yaradılıb.Komissiyanın üzvü, biologiya üzrə fəlsəfə doktoru, dosentAsif Mehralıyevin sözlərinə görə, bağın təcrübə sahələrinə ölkə ərazisində bitən, ayrı-ayrı torpaq və iqlim xüsusiyyətlərinə malik yeni dekorativ və meyvə ağaclarınıngətirilməsi ilə, həm bitki ehtiyatları bazasının zənginləşdirilməsi həm də,elmi-tədqiqat işlərinin aparılmasında mühüm rol oynayacaq.
Onu da qeyd edək ki, Mərkəzi Nəbatat Bağında işlərin keyfiyyətlə həyata keçirilməsini baş direktor vəzifəsini icra edən Natiq Allaheverdiyev daim nəzarətdə saxlayır. Hazırda 3 hektar ərazidə aparılan abadlıq işləri çərçivəsində ən son texnologiyalardan istifadə olunmaqla kommunikasiya və elektrik xətləri çəkilir, işıq dirəkləri yenilənir, eskursiyaya açıq sahələrə daş plitələr salınır.
Bağda abadlıq-quruculuq işlərinin yüksək səviyyəyə çatdırılması,ərazinin estetik görünüşünün daha da yaxşılaşdırılması nəzərdə tutulub.