azia.az
azia.az

Vəzifəli məmurların yaxınları MM Aparatından qovulub

19-11-2021, 15:35

Vəzifəli məmurların yaxınları MM Aparatından qovulub
Parlamentin rəhbərliyi dəyişəndən bugünədək onlarla nazir, icra başçısı və məmur övladı Milli Məclis Aparatından uzaqlaşdırılıb.

Ölkə.Az-ın xəbərinə görə, bu barədə Musavat.com-a Milli Məclisdəki özəl mənbədən məlumat verilib.

Bildirilir ki, hətta buna görə parlamentin spikeri Sahibə Qafarovaya müəyyən təzyiq göstərilib. Lakin o, məmur övladlarına güzəşt etməyib. Ölkə rəhbərliyi MM sədrinin bu qərarlarını dəstəkləyib.

Məlumatda bildirilir ki, bundan əvvəlki rəhbərliyin zamanında Aparatdakı vəzifələrə təyin olunmuş məmur övladlarından kimlər əmək intizamını pozurdusa, sayğısızlıq göstərirdisə, hamısı tutduqları postlarla vidalaşmalı olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi