Türkiyə parlamenti Qarabağdakı türk əsgərləri ilə bağlı VACİB QƏRAR VERDİ: Daha 1 il...
Azərbaycandakı Türkiyə hərbçilərinin mandatı daha bir il uzadılıb.
Xəbər verilir ki, Türkiyə Böyük Millət Məclisi bununla bağlı qanun layihəsini təsdiq edib. Məlumatda bildirilir ki, türk əsgəri atəşkəsi və sülhü təsis etmək üçün daha bir il Qarabağda qalacaq. Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə parlamentə göndərilən qanun layihəsində Türkiyənin Azərbaycana güclü dəstək verdiyi vurğulanıb.
Sənəddə Qarabağdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyətinin uğurla davam etdiyi vurğulanıb.