azia.az
azia.az

Türkiyə parlamenti Azərbaycana hərbi qüvvələr göndərilməsini təsdiqlədi

18-11-2020, 00:03


Türkiyə Böyük Millət Məclisi Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.
Türkiyə parlamenti Azərbaycana hərbi qüvvələr göndərilməsini təsdiqlədi
Azia.az xəbər verir ki, layihə parlamentin bu gün keçirilən iclasında müzakirə olunub və qəbul edilib.

İclasa TBMM-nin sədr müavini Xalqların Demokratik Partiyasından (HDP) Nemətulla Ərdoğmuş rəhbərlik edib.

Xatırladaq ki, Türkiyə Azərbaycana hərbi qüvvə göndərəcək. Ölkənin Prezident Administrasiyası bununla bağlı qanun layihəsi hazırlayıb.

Layihəyə əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi