azia.az
azia.az

Bakıda bir qrup qazi yolu bağladı - DİN-dən AÇIQLAMA

26-10-2021, 12:23

Bakıda bir qrup qazi yolu bağladı - DİN-dən AÇIQLAMA
Bakıda bir qrup qazi yolu bağlamağa cəhd göstərib.

Azia.az xəbər verir ki, hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb. Belə ki, bir qrup qazi hərəkətin qarşısını almağa cəhd edib.

Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, vətəndaşların yolu bağlamağa cəhd etməsinə səbəb həyatyanı torpaq sahəsi ilə bağlı mübahisədir: “Ərazidə xidmət aparan naryad qruplarımız tərəfindən dərhal hadisəyə müdaxilə edilib. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb. Yolda hərəkət bərpa olunub”.

DİN rəsmisinin sözlərinə görə, hazırda tərəflərin mübahisə subyekti ilə bağlı araşdırma aparılır: “Aidiyyəti qurumlar məlumatlandırılıb”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi