Ermənistan ununtmamalıdır ki,Güney Azərbaycanda 40 milyona yaxın Azərbaycan türkü yaşayır–MƏŞHUR MƏMMƏDOV
İranın Azərbaycanla sərəhddə genişmiqyaslı hərbi təlimlər keçirməsini erməni ekspertlərə görə, Ermənistanla bağlıdır və rəsmi Tehran belə bir təlimlərə star verməklə İranın-Ermənistanla tranzit imkanlarından əl çəkmək cəhdlərinə sərt cavab olaraq dəyərləndirirlər.
Rəsmi Tehranın təlimlərini şərh edən Milli Məclisin üzvü Məşhur Məmmədov Veteninfo.az-a bildirib ki, İran müstəqil ölkədir və o öz ərazisində hansısa təlimlər keçmək hüququna malikdir:
“Bu təlimləri Azərbaycana Gorus-Qafan yolunun bzağlanmasına cavab olaraq dəyərləndirmək tamamən yanlışdır. Azərbaycan-İran qonuşu ölkədirlər və rəsmi Tehranla-Bakı arasında diplomatik münasibətlər yüksək məcrada davam edir.Əlbət də Ermənistan istəyə bilər Azərbaycan-İran münasibətlərində hansısa problemlər yaşansın. Amma Ermənistan unutmamalıdır ki, Güney Azərbaycanda 40 milyona yaxın Azərbaycan türkləri yaşayır.Ölkənin içtimai-siyasi-sosial həyatına birbaşa təsir etmə imkanına malikdirlər. İran dövləti içərisində ola bilsin Ermənistana loyal münasibətdə olan siyasilər olsun,amma bu bütövlükdə Azərbaycan-İran münasibətlərinə təsir edəcək gücdə olla bilməz”.Millət vəkili qeyd edib ki, Gorus-Qafan yolunun 21-ci km-də Azərbaycanın öz sərhədləri daxilində post qoyması onun qanuni haqqıdır: “Ola bilsin bu günə kimi İrandan olan sürücülər bunu bilməyiblər. Artıq onlar da dərk etməlidirlər ki, İran-Ermənistan sərhəddini keçdikdən,Megridən Gorus-Qafan yoluna daxil olan zaman bu ərazinin Ermənistanın deyil,Azərbaycanın ərazisidir. Bu əraziyə daxil olmursansa,beynəlxalq hüquq normalarının tələb etdiyi,ölkələrarası gömrük qaydaları nəyi tələb edirsə,o tələbləri qəbul etməlidirlər”.