azia.az
azia.az

Bu zənglərə cavab verməyin! - Şantaj hücumu var...

10-09-2021, 16:12

Bu zənglərə cavab verməyin! - Şantaj hücumu var...
Texnobloger Fərid Pərdəşünas son zamanlar geniş yayılan kiber şantajla bağlı xəbərdarlıq edib.

Azia.az xəbər verir ki, o, bu cür üsullarla bir çox siyasi şəxslərin hədəfləndiyini deyib:

“Azərbaycana kiber şantaj hücumu var. Xüsusən yaşlı nəsil diqqətli olmalıdır. Hücum növündə sizə tanımadığınız şəxslər zəng edir və danışıq ərzində sizə intim hərəkətlər nümayiş etdirilir və sizdən tələb olunur ki, öz məharətlərinizi göstərəsiniz. Siz bunu edəndə isə danışıq video yazı şəklində qeydə alınır. Daha sonra videonun silinməsi üçün vəsait tələb olunur. Etmədiyiniz halda isə videolarınız internetdə yayılır. Mənə də bir sıra belə zənglər daxil olub, lakin prosesdən xəbərdar olan ağdamlı olduğum üçün, əks həmlə ilə birinci videonu mən çəkmişəm. Bu hücumdan qorunmağın yolu diqqətli olmaq, tanımadığınız adamlarla virtual intim münasibətlərdən çəkinməkdir”, - deyə mütəxəssis qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi