azia.az
azia.az

Sərdar Cəlaloğlu: “Azərbaycan türkü olmayan Babəki necə öz xalqımızın qəhrəmanı kimi qəbul edə bilərik?!”

6-09-2021, 20:31


"Babək Xürrəmi Azərbaycan uğrunda vuruşmayıb. O, təriqət lideridir, milli lider deyil. İslam tarixində öz təriqətlərinə görə mübarizə aparan belə liderlər çox olub".
Sərdar Cəlaloğlu: “Azərbaycan türkü olmayan Babəki necə öz xalqımızın qəhrəmanı kimi qəbul edə bilərik?!”
Bunu açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

Partiya sədri bildirib ki, ümumiyyətlə, Məzdəkilər hərəkatının Azərbaycan xalqı ilə heç bir əlaqəsi yoxdur: "Məzdəkilərin əsasını əsasən Hindistan müsəlmanları, bir qədər də pakistanlılar və türklər təşkil edib. Azərbaycanlıların hərəkatda təmsilçiliyi çox az faiz təşkil edir. Babək mübarizəyə başlayanda isə İslam dini Orta Asiyaya qədər artıq yayılmışdı. Yəni Babəkin Milli Azadlıq Hərəkatının lideri, milli qəhrəman kimi təqdim edilməsi qətiyyən düzgün deyil. Babək milliyətcə də azərbaycanlı deyil. Lap tutaq ki, bu lider, doğrudan da, milli azadlıq uğrunda mübarizə aparıb. Sual yaranır, azərbaycanlı deyilsə kimin milli azadlığını müdafiəyə qalxıb?! Azərbaycan türkü olmayan Babəki necə öz xalqımızın qəhrəmanı kimi qəbul edə bilərik?!"

"Tarix boyu deyiblər ki, Babək milli qəhrəmandır. Ona görə də, indi mən deyəndə ki, əslində Babək sadəcə təriqət lideridir və o, Azərbaycanı istiladan qurtarmaq üçün heç nə etməyib, şübhələnirlər ki, sifarişlidir. Sovet hökuməti Qacarı və Vaqifi olduğu kimi, Babəki də bizə tamamilə yanlış tanıdıb. Yəni neçə ildir ki, qəhrəman kimi qələmə verilən birinin indi Azərbaycan türklərinə heç bir aiddiyyatı olmadığı ortaya çıxanda cəmiyyət arasında müxtəlif suallar yaranır. Tövsiyəm budur ki, suallara cavab tapmaq üçün Rusiyalı akademik Vasili Bartoldun mövzu ilə bağlı məqalələrini oxusunlar", - deyə S.Cəlaloğlu qeyd edib. (Pravda.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi