azia.az
azia.az

Qaz sayğaclarının dəyişdirilməsi barədə abonentlərə “SMS” xəbərdarlıq ediləcək - Ruslan Əliyev

3-09-2021, 13:42

Qaz sayğaclarının dəyişdirilməsi barədə abonentlərə “SMS” xəbərdarlıq ediləcək - Ruslan Əliyev
Yeni layihəmizə əsasən bazada abonentin mobil nömrəsi varsa, qaz sayğacının nə zaman və hansı səbəbdən dəyişdirilməsi barədə onlara "SMS" bildiriş göndəriləcək.

Azia.az Trend-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

O həmçinin, qeyd edib ki, hər bir abonentin mobil nömrəsinin bazada olması onların istər sayğac dəyişdirilməsi, istərsə də qaz kəsintiləri barədə əvvəlcədən xəbərdar edilməsi üçün əlverişlidir:

"Əgər mexaniki sayğac istifadəçilərinin bazada mobil nömrəsi varsa, ödənişlə bağlı bildiriş köhnə qaydada sayğac oxunması yolu ilə yox, "SMS" vasitəsilə göndəriləcək."


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi